Türkiyə millisinin üzvü Əmrə Morun yeni klubu müəyyənləşib.
Qol.az-ın "Hurriyet" qəzetinə istinadən verdiyi məlumata görə, Danimarkanın "Nordşelland" klubunda sərgilədiyi oyunla qısa zamanda Türkiyə millisinə dəvət alan futbolçu karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.
Türk futbolunun parlayan ulduzu olan Əmrə "Borussiya"ya transfer olunub. Uzun müddət "Bavariya", "Liverpul" və "Yuventus" klublarının maraq dairəsində olan 19 yaşlı futbolçu Fatih Terimdən icazə alaraq meneceri Muzzi Özcanla birgə Dortmunda gedərək Almaniya klubu ilə anlaşıb. Beş illik transferin "Borussiya"ya 16 milyon avroya başa gəldiyi bildirilir.
Qeyd edək ki, Əmrənin transferinin bu gün rəsmən açıqlanacağı gözlənilir.
Yuxarı
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı