"İnter”in futbolçusu Vüqar Nadirov Azərbaycan Premyer Liqasının cari mövsümündə ilk qolunu vurub. 29 yaşlı hücumçu düz 1 ildən sonra çempionatda fərqlənib.
O, AZAL-la ev oyununda (1:0) qələbə topunun müəllifi olub. Maraqlıdır ki, Nadirov sonuncu qolunu da məhz AZAL-a, məhz aprelin 9-da, məhz 29-cu turda vurmuşdu. Bu, ötən mövsüm çıxış etdiyi "Qarabağ”ın heyətində reallaşmışdı. Hücumçu "təyyarəçilər”lə həmin matçda (2:1) da ikinci hissədə qələbə topunun müəllifi olub. Fərq ondadır ki, Nadirov onda 50-ci, bu dəfə 64-cü dəqiqədə adını tabloya yazdırıb.
Ancaq bu, o demək deyil ki, futbolçu "İnter”də də qol hesabını açıb. Çünki Nadirov Azərbaycan kubokunun 1/4 final mərhələsində "Rəvan”la cavab oyununda (3:0) bunu etmişdi. Millimizin sabiq üzvü həmin vaxt da "İnter Arena”da fərqlənib.
Qeyd edək ki, Azərbaycan milli çempionatında ən azı 50 qol vuran futbolçular siyahısında olan Nadirov cari mövsümdə artıq 3-cü komandanın şərəfini qoruyur. O, ötən yay "Xəzər Lənkəran”a keçsə də, transfer qadağası üzündən oynaya bilməyərək "Qəbələ”yə yollandı. Ancaq "qırmızı-qaralar”da əsas komandada debüt edə bilməyərək yalnız əvəzedici heyətdə oynayaraq qol vurmuşdu.(Sportnet.az)
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək
"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"
"Hədəf həm sınaq, həm də qələbədir" - Ayxan Abbasov
Ayxan Abbasov: "Elvin özünə yeni klub tapmalıdır" - Video
"İrəli xətdə hər kəsdən qol gözləyirik" - Siyasət Əsgərov
"Səbrli olun, ən yaxşı məşqçini seçəcəyik"
Verdiyi sual rəhbərliyi qəzəbləndirdi
"Ayntraxt"dan getsə, klub 60 milyon qazana bilər
Mourinyodan Türkiyəyə qarşı rəsmi şikayət
"Karvan-Yevlax" onunla yollarını ayırdı
"Sabah" millinin üzvü ilə müqaviləni uzatdı
"Qarabağ" DÇ-2026-ya yollanacaq futbolçunu transfer edir
"Bayer"də baş məşqçi dəyişikliyi - Rəsmi