Son illər dünyada, o cümlədən Azərbaycanda internet mediasının inkişafı çoxsaylı saytların yaranmasına gətirib çıxarıb. Təbii ki, internetdən istifadə edənlərin sayının günbəgün artması xəbər saytlarındakı materiallara təlabatı da artırır. Statistik göstəricilərə görə, son vaxtlar xəbər saytlarına daxil olanların sayı daha da çoxalıb.
Qol.Az-ın müxbiri isə Azərbaycanın aparıcı idman portallarının rəhbərlərinə müraciət edərək onlara ilk öncə belə bir sualla müraciət edib: «Sizdə futbolumuzla bağlı ən çox hansı xəbərlər oxunur».
Gəlin görək, cavablar necə olub:
İxtiyar Əsgərov, apasport.az saytının redaktoru:
- «Xəzər Lənkəran», «Bakı» və «Neftçi» komandaları ilə bağlı xəbərlərə tələbat çoxdur. Futbolçulardan Rəşad Sadıqov, Mahir Şükürov, son vaxtlar isə Ruslan Abışov və Vaqif Cavadova aid xəbərlərə baxanların sayı çoxalıb.
Milli komandayla bağlı xəbərlər isə həmişə çox oxunub.
Vüqar Zeynalov, azerisport.com saytının redaktoru:
- Xaricdən hansısa futbolçu, məşqçi və ya futbol adamının ölkəmizə gəlməsilə bağlı xəbərlər az maraq kəsb etmir. Milli komanda, onun futbolçuları, «ilk altılıq»da yer alan klublarla bağlı xəbərlərə təlabat çoxdur. Son aylar Vaqif Cavadov, Rəşad Sadıqov, Kamran Ağayevlə aid xəbərlərə maraq daha böyükdür.
Aydın Bağırov, qol.az saytının redaktoru:
- Millinin və aparıcı klubların əksər oyunçuları ilə bağlı xəbərlərə maraq çoxdur. Xüsusilə son vaxtlar «Tvente» klubuna keçidi rəsmiləşmək üzrə olan Vaqif Cavadovla bağlı xəbərlər daha çox oxunur. Təkcə Vaqif deyil, Rəşad Sadıqov və Kamran Ağayevi də «tiraj»lı futbolçular siyahısına aid etmək olar. Klublardan «Qarabağ», «Bakı», «Neftçi», «Xəzər Lənkəran»a aid xəbərlərə, müsahibələrə maraq digərlərindən daha çoxdur.
Bəs, oxucular tərəfdən hansısa xəbərə baxanların sayının süni şəkildə artırılması hallarına rast gəlmisinizmi?
İxtiyar Əsgərov:
- Belə hallar var, amma təbii ki, bunu futbolçunun özü, yaxınları və ya hansısa azarkeş tərəfindən edildiyini sübut etmək çətindir. Son yadıma gələn hadisə futbolçu Ruslan Abışovla bağlıdır. Onunla bağlı xəbərə baxanların sayı süni şəkildə artırılaraq bir saat ərzində 2400-ə çatdırılmışdı. Bu isə azərbaycandilli idman portalları arasında rekord göstəricidir.
Vüqar Zeynalov:
- İnanmaq istəmirəm ki, hansısa futbolçu belə bir addım atsın. Şəxsən mən bizim saytda belə bir hala rast gəlməmişəm.
Aydın Bağırov:
- Futbol adamları ilə bağlı xəbərlərə baxanların sayının süni şəkildə artırılmasının qarşısını almaq çox çətindir. Ad çəkmək istəmirəm, çox tanınmış futbol funksionerlərindən biri və milli komandamızın bir oyunçusu ilə bağlı xəbərlərə daxil olanların sayını süni şəkildə artırılması hallarına rast gəlirik.
"Həyatımda asan final görməmişəm" - Valdas Dambrauskas
Məşqdə zədələndi, dünya çempionatını buraxacaq
Cəfərov dördqat, Qurbanov ikiqat Avropa çempionu oldu!
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
London klubu avrokuboklardan kənarlaşdırıla bilər
"Çelsi" baş məşqçisini göndərdi
“Qarabağ”ın qapıçısı qırmızı vərəqə aldı
Türkiyə klubundan kəskin etiraz - Hakimi dəyişin
Baş məşqçidən sərt qaydalar: Telefon işlətməyəcəklər
"Milan"ın yay transfer büdcəsi bəlli oldu
“Sabah” - “Qarabağ”: Heyətlər
PSJ-yə keçə bilər
"Şəfa", "Cəbrayıl" və "Şahdağ Qusar"dan qələbə
Kapitan 11 il sonra komandasını tərk edir
Kamavinqa yenidən azarkeşlərdən üzr istədi
Superliqa klubunda rumıniyalı baş məşqçi
AFFA komandanı kənarlaşdırdı, məşqçiyə 6 aylıq cəza verdi
Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı
"Bruno "Mançester Siti"də olsaydı, "Qızıl top"u qazanardı"
Yolu açın, çempionlar gəlir! - Video
“Sabah”la bugünkü oyun “Qarabağ” üçün çox prinsipialdır”
Ukrayna millisinin baş məşqçisi istefa verdi
Arbeloa: "6 matçın hamısında qalib gəlməliyik"
Rafael Markes millinin baş məşqçisi olacaq - Rəsmi
Finala yüksəlməyin böyük sevinci - Video
"Qarabağ" rəsmiləri UEFA Forumunda - Şəkil
Azərbaycanın daha 2 boksçusu dünya kubokunda mərhələ adladı
AFFA-nın əməkdaşları UEFA seminarında
"Çelsi" 5 oyundur nə xal qazanır, nə də qol vurur
Azərbaycanın iki güləşçisi Avropa 3-cüsü oldu