Daha 3 güləşçimiz Avropa çempionatında mübarizəyə başlayır

Daha 3 güləşçimiz Avropa çempionatında mübarizəyə başlayır
GÜLƏŞ 23 Aprel 2026 / 09:35 499
-  A +

Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.

QOL.az xəbər verir ki, bu gün Azərbaycanın daha 4 qadın güləşçisi xalça üzərinə çıxacaq.

Jalə Əliyeva (57 kq) almaniyalı Amori Andriçlə, Ruzanna Məmmədova (62 kq) Ukrayna təmsilçisi İlona Prokopevnyukla üz-üzə gələcək. Hər iki təmsilçimiz mübarizəyə təsnifatdan başlayacaq.

Birgül Soltanova (65 kq) 1/4 finalda Krista İnce ilə güləşəcək.

Günay Qurbanova (59 kq) isə bürünc medal uğrunda görüşdə Marta Getmanova (UWW) ilə qarşılaşacaq.

Xatırladaq ki, Azərbaycan Avropa çempionatında indiyədək 5 medal qazanıb. Yunan-Roma güləşçilərindən Həsrət Cəfərovla (67 kq) Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc mükafat əldə ediblər. Yunan-Roma güləşi üzrə Azərbaycan millisi komanda hesabında Avropa çempionu olub.

Daha çox


Son xəbərlər
22.04.26  18:32

PSJ-yə keçə bilər

topaz banner