Almaniya millisinin və "Bavariya"nın hücumameylli yarımmüdafiəçisi Serj Qnabri dünya çempionatını buraxacaq.
QOL.az xəbər verir ki, "Reuters" agentliyinin yaydığı məlumata görə, 30 yaşlı futbolçu məşq zamanı bud nahiyəsindən ciddi zədə alıb. Mart ayında İsveçrə və Qanaya qarşı keçirilən yoldaşlıq oyunlarında əsas heyətdə meydana çıxan futbolçunun turnirdə iştirakı qeyri-mümkün olub. Qnabri sosial şəbəkə hesabında etdiyi paylaşımda mundial arzusunun başa çatdığını və komandanı evdən dəstəkləyəcəyini bildirib.
Qeyd edək ki, Almaniya millisi Meksika, ABŞ və Kanadanın birgə ev sahibliyi edəcəyi turnirin qrup mərhələsində Kurasao, Ekvador və Kot-d’İvuar seçmələri ilə qarşılaşacaq. Münhen təmsilçisi isə Bundesliqada növbəti çempionluğunu rəsmiləşdirsə də, hazırda Almaniya kuboku və Çempionlar Liqasında mübarizəni davam etdirir.
"Yuventus"da itki
Toral oynadı, komandası qalib gəldi
“Real”la münaqişəyə görə vəzifəsindən gedə bilər
Ronaldo millidəki davranışına görə cəzalandırıldı
UEFA FİFA-dan hesabat tələb etdi
Flik Arda Gülerin epizodunu şərh etməkdən yayındı
“Məni komandamın performansı maraqlandırır” - Dambrauskas
“Çempionlar Liqasında hər şey fərqlidir” - Zedadka
"Sabah"ın bütün futbolçularını araşdırmışam"
"Borussiya"nın "Sabah" hazırlığından - Şəkillər
“Liverpul”un 2 futbolçusu sıradan çıxdı
1-ci liqada həftənin hakimləri məlum oldu
Mbappe Avropanın ən yaxşı futbolçusu seçildi
Şirvanda qalib müəyyənləşmədi