"Mançester Siti"nin futbolçusu Rəhim Sterlinq sıradan çıxıb.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Premyer Liqanın 31-ci turunda "Mançester Yunayted"ə qarşı matçda zədələnən ingilis yarımmüdafiəçinin 6 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Bu isə o deməkdir ki, R.Sterlinq Çempionlar Liqasının 1/4 finalında PSJ ilə hər iki görüşü buraxacaq.
Qeyd edək ki, R.Sterlinq bu mövsüm ölkə çempionatında 28 oyunda iştirak edib.
“Real”da ciddi itki
Salahdan ÇL-də 50-ci qol
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər