Ərdoğandan derbi açıqlaması
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terror təhlükəsi səbəbindən təxirə salınan “Qalatasaray” – “Fənərbaxça” matçı haqda açıqlama verib.
Qol.az-ın “Goal.com”a istinadən yaydığı xəbərə görə, dövlət başçısı oyunun başlanmasına bir neçə saat qalmış kəşfiyyat məlumatı aldıqlarını bildirib:
“Ankarada və İstanbulda yaşanaları gördünüz. “Qalatasaray” – “Fənərbaxça” oyunundan əvvəl terror olacağı haqda kəşfiyyat məlumatı aldıq. Əvvəlcə oyunun azarkeşsiz keçirilməsini düşündük. Ancaq sonra yeni kəşfiyyat məlumatı əldə etdik və hər iki klubun rəhbərliyi ilə danışıqlar aparıldı. Qərara aldıq ki, oyun başqa tarixdə keçirilsin”.
Qeyd edək ki, Türkiyə Futbol Federasiyası sözügedən oyunun yaxın günlərdə keçirilməsinə qərar verib.