Topaz Premyer Liqada yeni rekord qeydə alınıb.
Qol.az-ln sportnet.az-a isinadən yaydığı məlumata görə, hazırkı çempionatda ən çox qol ötən gün yekun vurulan 26-cı turda qeydə alınıb. Belə ki, azarkeşlər 6 oyunda 18 qola şahid olublar. Bu isə hər matçda orta hesabla 3 qol deməkdir.
Bunadək qapılardan ən çox top 7-ci və 12-ci turlarda keçmişdi – hər ikisində 15. 12-ci turda da 16-cı turla oxşar mənzərə olmuşdu. Məsələ ondadır ki, həmin vaxt da meydan sahiblərindən yalnız "Zirə” qələbəni bayram etmişdi. Yei gəlmişkən, debütantın iştirakı ilə ən bol qollu matç məhz AZAL-la oldu. 7-ci turda olduğu kimi, 1 oyunda 6 qol vurulmaqla məhsuldarlqı qeydə alınıb. Fərq ondadır ki, "Qəbələ" - "Xəzər Lənkəran" oyununda meydan sahibləri 6 cavabsız qol vurmuşdularsa, "Zirə" - AZAL matçında fərqli mənzərə olub - 4:2.
Bu dəfə 4 oyunda qonaqlar hərəyə 3 xal qazana bilib. Yəni meydan sahibləri Novruz bayramında əsl qonaqpərvərlik nümayiş etdiriblər. Turda qol vura bilməyən yeganə komanda 4 aydan artıqdır çempionatda buna nail ola bilməyən "Xəzər Lənkəran” olub. Nəticədə yeganə qolun vurulduğu yeganə matç məhz Lənkəranda idi.
“İmişli”yə qayıtdı
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi