Mançesterdə derbi həyəcanı
İngiltərə Premyer Liqasında 31-ci turun oyunları davam edir.
Qol.az-ın məlumatına görə, bu gün Mançester derbisi baş tutacaq.
Əzəli rəqiblər "Mançester Siti" və "Mançester Yunayted" üz-üzə gələcək.
Bakı vaxtı ilə saat 20:00-da başlayacaq oyun "şəhərlilər"in "Etihad" stadionunda keçiriləcək.
Qeyd edək ki, Çempionlar Liqasında mübarizəni davam etdirən "Mançester Siti" 51 xalla 4-cü, Lui van Qalın komandası isə 47 xalla 6-cı pillədə qərarlaşıb.