“Tvente”nin rəsmi sponsoru: “Vaqif Cavadova inamımız böyükdür”

“Tvente”nin rəsmi sponsoru: “Vaqif Cavadova inamımız böyükdür”
ÖLKƏ FUTBOLU 30 Dekabr 2009 / 18:05 3203
-  A +

“Tvente” klubunun rəsmi sponsoru “Arke” şirkətinin nümayəndəsi Yan Lux Azərbaycan milli komandasının və “Qarabağ”ın hücumçusu Vaqif Cavadovun komandaya transferi ilə bağlı fikirlərini bildirib. Qol.Az-a eksklüziv açıqlama verən şirkət rəsmisi Vaqifin oyununu hələ Avroliqada “Qarabağ”la Bakıdakı matçda bəyəndiyini bildirib: “Həqiqətən Vaqif həmin oyunda xüsusi diqqətimi cəlb etdi. Vaqif gənc olmasıyla bərabər, çox istedadlı futbolçudur. İnanıram ki, “Tvente”yə böyük xeyirləri dəyəcək. Onun komandamıza transferindən böyük məmnunluq duydum”.

Son xəbərlər
15.07.25  20:59

"Napoli"yə "hə" dedi