Topaz Premyer Liqanın 25-ci turu Vəli Qasımovun Azərbaycan çempionatlarında debütü ilə əlamətdar olub.
Qol.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, futbolçu kimi ölkə çempionatlarında iştirak etməyən, yalnız SSRİ dövründə “Neftçi”nin formasını geyinən 48 yaşlı mütəxəssis sabiq komandasını baş məşqçi kimi AZAL-la matça çıxarıb.
Komandada debütü ölkə kubokuna təsadüf edən Qasımovun Premyer Liqadakı ilki 1:1 hesablı heç-heçə ilə nəticələnib. Bu oyunadək “ağ-qaralar”ı Azərbaycan çempionatı görüşlərinə 21 baş məşqçi çıxarıb. Qasımov bu siyahıya 22-ci çalışdırıcı kimi daxil olub. O, cari mövsümün əvvəlki hissəsində “Neftçi”yə rəhbərlik etmiş məşqçilər Samir Əliyev və Əsgər Abdullayev kimi paytaxt təmsilçisinin “sükanı arxasında” debüt edib.
“Neftçi”nin Azərbaycan çempionatlarındakı bütün məşqçiləri: Əhməd Ələsgərov (1992, 1998/99, 1999/2000), Sergey Kramarenko (1993), Böyükağa Ağayev (1993, 2008/09, 2009/10), Vaqif Sadıqov (1993, 1993/94, 1994/95, 1995/96, 2009/10), Asif Əliyev (1995/96, 1997/98, 1998/99), Kazbek Tuayev (1995/96, 1996/97, 1997/98, 1998/99, 2001/02, 2003/04, 2004/05), Ruslan Abdullayev (1997/98), Şamil Heydərov (1999/2000), Asəf Namazov (2000/01), Oqtay Abdullayev (2000/01), Ağasəlim Mircavadov (2004/05, 2005/06), Qurban Qurbanov (2006/07, 2007/08), Vlastimil Petrjela (2007/08), Anatoli Demyanenko (2007/08, 2008/09), Hans Yurgen Gede (2008/09), Arif Əsədov (2009/10, 2010/11, 2014/15), Böyükağa Hacıyev (2011/12, 2012/13, 2013/14, 2014/15), Tərlan Əhmədov (2013/14), Nazim Süleymanov (2013/14), Samir Əliyev (2015/16), Əsgər Abdullayev (2015/16).
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"