Topaz Premyer Liqanın dünən keçirilən XXV turu “Neftçi” üçün tarixi hadisə ilə əlamətdar olub.
Paytaxt təmsilçisinin çilili hücumçusu Nikolas Kanales klubun Azərbaycan çempionatlarında 1200-cü qolunu vurub. 1992-ci ildən keçirilən yarışın iki daimi iştirakçısından biri olan “ağ-qaralar” AZAL-la matçadək 681 oyunda 1199 qol (texniki nəticələr nəzərə alınmamaqla) sevinci yaşamışdı. AZAL Arenada bərabərlik qolunu vurub, 1:1 hesabını rəsmiləşdirən Kanales 1200-cü topun müəllifi olub. Bakılılar bu toplardan 695-ni evdə, 485-ni səfərdə, 20-ni neytral meydanlarda vurublar.
Azərbaycan çempionatlarında ən çox qol vuran komandanının 1200 topu rəqiblər, futbolçular, mövsümlər və yubileylər baxımından belədir:
Bombardirlər: “Neftçi”nin futbolçuları 1183 qol vurub və 17 dəfə də rəqiblərin avtoqollarına sevinib. Paytaxt təmsilçisinin heyətində indiyədək 121 futbolçu qol vurmağı bacarıb. “Ağ-qaralar”ın çempionatdakı 10 ən yaxşı bombardiri Samir Ələkbərov (99), Qurban Qurbanov (66), Yunis Hüseynov (58), Nazim Əliyev (42), Bahodir Nasimov, Nikolas Kanales (hər ikisi 38), Nadir Nəbiyev (37), Vadim Vasilyev (32), Branimir Subaşiç, Flavinyo (hər ikisi 31) daxildir. Bu siyahıda yalnız Kanales karyerasını “Neftçi”də davam etdirir ki, 1200-cü qolun müəllifi də öz hesabına 38-ci topu yazaraq 5-ci pilləyə şərik olub.
Rəqiblər: “Neftçi” ölkə çempionatlarında qarşılaşdığı bütün komandalara qol vurub. 52 rəqibin qapısına yol tapan “ağ-qaralar”ın ən çox məyus etdiyi 10 komanda siyahısında “Bakı” (70), “Turan” (69), “Kəpəz” (63), “İnter” (62), “Qarabağ” (59), “Şahdağ” Qusar (49), “Xəzər” Sumqayıt (47), MOİK (46), AZAL (45), “Xəzər Lənkəran” (42) yer alıblar.
Mövsümlər üzrə: “Neftçi” bir mövsümdə 100-dən daha çox qol vuran yeganə komanda (həmin mövsümdə “Xəzər” 100 qol vurub) adını qazandığı 1992-ci ildə 104 dəfə fərqlənib. “Ağ-qaralar” 1996/97 mövsümündə 98, 1998/99 mövsümündə 65, 2003/04 mövsümündə 62, 1994/95 və 1995/96 mövsümlərində 60 qol vurmağa nail olublar. Bakılılar digər mövsümlərdə ən azı 25 dəfə fərqləniblər: 2012/13 – 59, 2011/12 – 55, 2010/11 – 53, 2000/01, 2004/05, 2005/06 – hərəsində 51, 2013/14 – 48, 2006/07 – 47, 2007/08 – 39, 2014/15 – 38, 2003/04, 2007/08 – hərəsində 37, 1993 – 36, 2001/02, 1999/2000 – hərəsində 35, 2008/09 – 30, 2009/10 – 25. Cari - XXIV çempionatda 24 qol vuran paytaxt klubu antirekordunu arxada qoymaq üçün 2 dəfə rəqib qapılarına yol tapmalıdır.
Yubileylər: Kanales “Neftçi”də yubiley qolu vuran 5-ci legionerdir. Aleksey Stukas 500-cü, Stenli Udenkvor 700-cü, Adrian Neaqa 900-cü, Melvin Platye 1100-cü qolun müəllifi olmuşdu. Hollandiyalının müəllifi olduğu yubileydən növbəti əlamətdar qoladək 913 gün keçib. “Neftçi”nin ilk qolu isə 1200-cüdən 8710 gün öncə - 1992-ci il mayın 3-də Sumqayıt “Xəzər”i ilə oyunda qeydə alınıb. Bakılılara 1:0 hesablı qələbəni Yunis Hüseynovun penalti zərbəsi qazandırıb.
Mənbə: pfl.az
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır