Futbolumuzun qəsdinə duranlar az idi, biri də bu yandan çıxdı. Yağışı deyirəm, yağışı. Başladısa, dayanmaq bilmir, payızın bütün planını bir-iki gündə doldurmaq istəyir.
Bakını, Qəbələni, Gəncəni deyə bilmərəm. Amma belə görünür ki, Lənkəranla ayrı haqq-hesabı var. Neçə vaxtdır işləri yolunda getməyən “Xəzər Lənkəran”a yağış da bir tərəfdən “ilişir”. Necə deyərlər, əri döyən arvadı, it də qapır bir yandan.
FİFA-nın bu klubla “razborka”sını bilməyən bir kimsə yoxdur, bəs yağış cənublulardan nə istəyir, bilmirəm? Həftə səkkiz, mən doqquz gəlib stadionunun, bazanın qapısını kəsdirir ki, mən də varam. Deyilənə görə, əvvəllər ancaq vergi yığanlar belə tez-tez gəlirmişlər. Nə isə, məsələni qəlizləşdirməyək...
Ələyi ələnib, xəlbiri göydə fırlanan “Xəzər Lənkəran” növbəti ev oyununu da yağış altında keçirəsi olub. Bu gün Premyer Liqamızda at oynadan “Qarabağ”la günəşli havada oynamaq asan məsələ deyil, yağış altında “ağ yaşıllar”ın işi lap çətinə düşüb.
“Xəzər Lənkəran”ın çempionatın lideri ilə görüşünü izləyə bilmədim, hər iki klubun futbolçuları yağış və palçıqla mübarizə aparanda dəvət olunduğum seminardan qayıdırdım. Başıma yağış döyəcləməsə də, narahat idim. Stadiondakı qardaşlarla yolboyu tez-tez telefon əlaqəsi saxlayırdım, belə məlum olurdu ki, bircə yağış və hesab “Xəzər Lənkəran”ın əleyhinə işləyir.
Sonra qarşılaşma ilə bağlı jurnalist yazılarını, azarkeş şərhlərini oxudum, oyundan hazırlanan video özətə baxdım. Yunis Hüseynovun gənc futbolçuları Bakıda olduğu kimi, Lənkərandakı cavab görüşündə də “Qarabağ”a layiqli müqavimət göstərməyi bacarıblar. Orxan Sadıqlı, Elvin Mirzəyev, Zaman Mirzəzadə, Elnur Cəfərov, Elşən Rzazadə... oyun boyu dəfələrlə azarkeşlərin alqışını qazanıblar. Qurban Qurbanov da oyun sonrası mətbuat konfransında lənkəranlı gənclərin mübarizə əzmini xüsusi qeyd edib.
Lənkərandakı matçı idarə edən baş hakim Rauf Cabbarovu da qeyd etmək məncə yerinə düşər. Yağış altında və gilli-palçıqlı meydanda ora-bura qaçmaq asan məsələ deyil. Oyunun 50-ci dəqiqəsində, “Qarabağ” hesabda irəli olarkən köhnə tanışımız Əfran İsmayılov cərimə meydançasında topu əli ilə önünə atıb “Xəzər Lənkəran”ın hücumunu pozub. Baş hakim Rauf Cabbarov da həmin an uzaqda yox, elə oralarda imiş, hətta əllə işarə verib ki, penalti boş şeydi, oyun davam etsə, evə bir az tez qayıdarıq. Yoxsa yağış bizİ birtəhər edəcək.
Referinin qərarında başqa bir şey axtarmağın yeri yoxdu. Hamı bilir ki, həmin gün Lənkəranda yağış yağıb, baş hakimin də başı möhkəm islanıb. Ona görə də Rauf bəy Əfranın indi dartışılan hərəkətini yaxşı görməyib.Rauf Cabbarov lazım olsa, Hakimlər Komitəsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən arayış da təqdim edə bilər. Komitənin sədri, dostumuz Xaqani bəy sənədlə-sübutla danışmağı xoşlayan mütəxəssis kimi yəqin ki, baş hakimdən arayış tələb edəcək.
Rauf Cabbarova bir xırda məsələni xatırlatmağa ehtiyac var, yağış yenə aranı qatmaq istəyir. Arayışı nazirlikdən alıb AFFA-ya tərəf gedəndə işini möhkəm tutsun, yağış arayışı islada bilər...
Etibar CƏBRAYILOĞLU,
“Het-trik news” qəzeti
"Baş məşqçi olmaq istəməzdim"
"Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirdi
Almaniyalı hücumçu MLS klubunda
Sabiq klubu Qurban Qurbanovu təbrik etdi
Matçda dava düşdü, iki klub da cəzalandırıldı
Haaland, Rays, Fernandeş...
Avrokubokla vidalaşan klub baş məşqçisini göndərir?
"Qarabağ"a qol vuran futbolçu ÇL-də rəmzi komandaya düşdü
"Kayrat" aparıcı oyunçusu ilə sağollaşdı
A Seriyası futbolçusu "Beşiktaş"a keçir
Reşford Messini geridə qoydu
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Şahruddindən maraqlı paylaşım - Şəkil
Baş məqçi 5 oyunluq cəzalandırıldı
"Kristal Palas"dan hücumçuya 52 milyonluq təklif var
ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi
FCSB - "Fənərbaxça" oyunu bu kanallarda
"Qarabağ"ın oyununa görə İngiltərəyə getdi
Van Deykdən "Qarabağ"la oyunda tarixi uğur
"Aston Villa"dan "Beşiktaş"a keçdi
Mourinyo Arbeloadan üzr istədi
Xviça Kvaratsxeliya ağır zədə alıb
Sabiq "Bakı"lı Hindistan klubunda
"Qəbələ"nin sabiq futbolçusu "Mingəçevir"də
AFFA bu klubları cərimələdi
Misli Premyer Liqasında 18-ci turun hakimləri açıqlandı
“Qarabağ”la oynamaq daha yaxşıdır” - Luis Enrike
Gecənin qəhrəmanı danışdı - “Etdiyim dəlilik idi”
Kevin Medina ÇL-də “üçlüyə” düşdü
Levandovski Messinin tarixi rekordunu təkrarladı
Boks üzrə Azərbaycan çempionatına yekun vuruldu
Azərbaycanın reytinq xalının 80,6 faizini “Qarabağ” qazanıb!
Azərbaycan UEFA reytinqində yüksəldi
"Dördüncü qol biabırçılıqdır" - Mbappe
"Mançester Siti" - "Qalatasaray" matçından - Video
"Liverpul" - "Qarabağ" oyunundan - Video
"PSJ-yə qarşı oynamaq istərdim" - Zubir
"Liverpul" - "Qarabağ" oyununun ən yaxşısı seçildi