Yeni il hədiyyəsini daha çox uşaqlar gözləyir. Bayramqabağı yolunu buralardan salan Şaxta Baba qoltuğuna vurduğu Qar Qızla balacaları sevindirir. Şaxta Baba Allahın bəlasıdı, bir-iki şeirlə, tapmaca-filanla uşaqların başını necə aldadırsa torbadakı köhnə konfetlər belə balacaların gözünə ən bahalı hədiyə kimi görünür.
AFFA da bayram ərəfəsində hədiyyə elədi. Özü də uşaqlara yox, bığlı-saqqallı kişilərə. Yaşlı-başlı futbol azarkeşlərinə gətirdiyi torbadan da kim çıxsa yaxşıdı? Hans-Hubert Berti Foqts. Əslində AFFA-nın bayramqabağı bu hədiyyəsi heç kim üçün sürpriz olmadı. Onsuz da alman məşqçi 2008-ci ilin martından gözümüzü yağır eləmişdi. Futbol qurumumuz Foqtsa “Getmə gözümdən, gedərəm özümdən” prinsipi ilə yanaşdığından torbadan başqa bir hədiyyənin çıxacağı gözlənilmirdi də.
AFFA-nın tərs damarı çoxdan tutub. Təşkilatın başbilənləri toyda da, yasda da deyirlər ki, milli komandamıza ya alman Berti Foqts rəhbərlik etməlidi, ya da elə alman Berti Foqts. Alman məşqçinin əlindən cana doyan azarkeşləri indi də bir məsələ ilə ovundurmağa çalışırlar ki, köhnə-təzə baş məşqçiyə öz şərtlərini qəbul etdiriblər. Guya alman əvvəlki sözləşmədən fərqli olaraq, bundan sonra gününün çoxunu Azərbaycanda keçirəcək, ata-baba yurduna nadir hallarda gedəcək. Bundan sonra azarkeş üçün burnunun ucu göynəyən hansı stadionumuza boylansaq, Berti müəllimi görəcəyik. Lixtenşteyn və Lüksemburq yığmasında top qovan həvəskarlar futbola həvəs göstərdiklərinə görə peşman olacaqlar. Futbolumuzun başına və ayaqlarına cavabdeh olanlar lap Şaxta Baba kimi elə nağıllar danışırlar ki, adam bilmir hansını yazsın.
Alman Foqtsun yeni müqaviləyə əsasən ilin əksər hissəsini Bakıda keçirməsinin futbolumuza nə verəcəyini dəqiq bilmirəm. Amma belə başa düşürəm ki, bu işdən daha çox telekanallarımız yararlanacaq. Onsuz da televiziyalarımız gülməli və ağlamalı verilişlərə dəvət etməyə qonaq axtarırlar. İndi çox hörmətli Berti müəllim öz ayaqları ilə gəlib. Necə deyərlər, istədiyim yar idi, yetirdi AFFA...
Bizim telekanallarda düz-əməlli futbol reportajı göstərmirlər, heç olmasa Foqtsun qatıldığı proqramlara baxarıq. Yeni il bayramı üçün televiziyalarda qurulan çal-çağır bitəndən sonra gərək gözümüzü ekrandan çəkməyək. Birdə gördük ki, millimizin alman məşqçisi “Dədəmi gəzirəm” proqramına çıxıb ekspert kimi məsləhət verir, “Hamam hamam içində” verilişində küsülü ər-arvadı barışdırır. Berti Foqtsun Aşıq Telli Borçalı, rəqqasə Aytən, Rəqsanə, Ədalət Şükürovla teleproqramlarda qol götürüb oynaması, bir ağız duet oxuması lap qiyamət görünəcək. Həmin verilişlərin reytinq qıracağına yüzdə yüz əmin olun. Bunun əksini düşünməyin yeri belə yoxdu. Günlərin birində bir də gördük ki, Berti müəllim Elza Seyidcahanı da vurub qoltuğuna getdi qurbağalar üçün konsert verməyə.
Alman məşqçi AFFA ilə yeni sözləşmə imzalayanda yəqin ki, elə bu işləri öncədən nəzərdə tutub. Sadə azarkeşlərə açıqlanmasa da, görünür, təzə müqavilədə bu məsələləri əhatə edən bənd var. Alman nə edirsə haqlıdı, Azərbaycanda gecələdiyi günlərdə yalnız futbolla ilgilənmək Foqts üçün darıxdırıcı olar.
Bayramdır, gəlin AFFA-nın Berti Foqtsla bağladığı təzə müqaviləni uzun-uzadı müzakirə edib qanımızı qaraltmayaq. Futbolumuzun başına və ayaqlarına məsul qurumun torbadan çıxardığı hədiyyənin boy-buxunundan və çəkisindən narazılıq etməyə də dəyməz.
Babalarımız nə demiş? Hədiyyənin böyüyü, kiçiyi olmaz...
Etibar CƏBRAYILOĞLU
“Het-trik news” qəzeti
Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
“Bodo-Qlimt”in oyununda bədbəxt hadisə - Tribuna çökdü
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
Braziliyalı qapıçı “Liverpul”dan ayrılmaq istəmir
Niderlandda azarkeşlərə görə oyun təxirə salındı
Azərbaycan millisinin heyətində dəyişiklik edildi
“Qaradağ Lökbatan” və “Hypers”dən böyükhesablı qələbə
Yığmanın toplanışını buraxacaq
“Sabah”ın özbək futbolçusu evləndi
Millimizin üzvü 90 dəqiqə oynadı
Mourinyo La Liqanın ən yaxşısıdır
Yamal İspaniya millisindən kənarda qalacaq
Baş məşqçi vəzifəsinə əsas namizəd Rauldur
Premyer Liqada tarixi rekorda imza atdı
Yağışa görə Azərbaycanda bu oyun təxirə salındı
Azərbaycan millisi Olimpiya çempionu oldu
“Qalatasaray”ın əfsanəsi vəfat etdi
"Ümid edirəm ki, çempion olarıq" - "Neftçi"nin futbolçusu
“Barselona”dan La Liqa yeni uğur
Kasilyas oğullarını “Real”ın akademiyasından çıxardı
“Mahir qol vurmasa da, qələbədə çox vacib rol oynadı”
200-cü heç-heçə
Kerrikdən istefa suallarına cavab
"Barselona"nın geridönüşü - Video
Azərbaycanlı futbolçu Kiprdə növbəti matçına çıxdı
"Fənərbaxça" 5, "Beşiktaş" 3 qolla qalib gəldi
Mahir qol ötürməsi etdi, komandası qələbə qazandı
“Mançester Yunayted” 8 qollu matçda qalib gələ bilmədi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
Azərbaycan yığması Latviyaya məğlub oldu
“Mançester Siti”dən növbəti antirekord
"Sabah" və "Şamaxı"nın 4 qollu heç-heçəsindən - Video
"Bu nəticə bizim üçün qəbuledilməzdir” - Dambrauskas
“Çempionatın ən gənc komandasıyıq” - Azər Bağırov
"İmişli" - "Sumqayıt" matçından - Video
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
“Araz-Naxçıvan”da 200-cü oyun
“Heç-heçə ədalətli nəticə oldu” - Ervins Perkons