Azərbaycan idmançıları gələn il Rio-de-Janeyroda keçiriləcək Paralimpiya Oyunlarına daha bir lisenziya qazanıblar.
Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, Qətərin paytaxtı Dohada təşkil olunan atletika üzrə dünya çempionatının nizətullama yarışlarında mübarizə aparan idmançımız İradə Əliyeva 44,18 metrlik nəticə ilə dünya rekordu müəyyənləşdirərək yarışların qalibi olub.
Beləliklə, atletimiz “Rio-2016” Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıb.
Bu, Azərbaycan Milli Paralimpiya Komitəsinin qazandığı 10-cu lisenziyadır.
İradə Əliyevadan əvvəl uzunluğa tullanma yarışlarında Elçin Muradov, cüdoçularımız İlham Zəkiyev (100 kq-dan yuxarı), Səbinə Abdullayeva (57 kq), Ramil Qasımov (73 kq), Bayram Mustafayev (60 kq), üzgüçülər Dmitri və Roman Saley, pauerliftinq idmanı üzrə Elşən Hüseynov (107 kq) və uzunluğa tullanma üzrə Kamil Əliyev “Rio-2016” Paralimpiya Oyunlarına lisenziya qazanıblar.
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər