Unibank Premyer Liqanın növbəti turunda “Turan”la qarşılaşacaq “Neftçi”nin futbolçuları qarşıdakı matç haqda klubun rəsmi internet saytına fikirlərini açıqlayıblar.
Marian Aliuta: “Tovuzdakı stadiondakı ot örtüyünün indiki vəziyyətindən xəbərsizəm. Amma meydançanın vəziyyətindən və rəqibin gücündən asılı olmayaraq, bu oyunda üç xal qazanmaq bizim üçün çox vacibdir”.
Ruslan Əmircanov: “Olimpik-Şüvəlan la qarşılaşmada xal itirdik, bəxtimiz gətirmədi. Tovuzda mütləq qələbə qazanmalıyıq ki, liderlər qrupundakı komandalarla xal fərqi artmasın. Vaqif müəllimin bu gün dediyi kimi, çempionluğa oynayırıqsa, hər görüşə final oyunu kimi çıxmalıyıq”.
Leonard Naydin: “Hansı komanda ilə və harada oynayacağımızın fərqi yoxdur, bu oyunda mütləq qalib gəlməliyik. Çünki iki oyun ardıcıl xal itirə bilmərik”.
Paulius Qribauskas: “Hər oyuna olduğu kimi, buna da ciddi hazırlaşmışıq. Psixoloji cəhətdən “Turan” oyuna daha da hazır ola bilər. Çünki rəqibdən fərqli olaraq, bizim üçün bir xal məğlubiyyətə bərabərdir. Düzdür, mən qol vurmasam da, qapıçı kimi üzərimə düşən bütün vəzifələri yerinə yetirməyə çalışacağam”.
Taavi Rahn: “Turan”la oyunda üç xal çox qazanmaq bizim üçün çox önəmlidir. Növbəti turlardakı ağır oyunlara psixoloji cəhətdən tam hazır olmaq üçün Tovuzdan mütləq üç xalla dönməliyik”.
Yamal zədələndi
"Həyatımda asan final görməmişəm" - Valdas Dambrauskas
Məşqdə zədələndi, dünya çempionatını buraxacaq
Cəfərov dördqat, Qurbanov ikiqat Avropa çempionu oldu!
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
London klubu avrokuboklardan kənarlaşdırıla bilər
"Çelsi" baş məşqçisini göndərdi
“Qarabağ”ın qapıçısı qırmızı vərəqə aldı
Türkiyə klubundan kəskin etiraz - Hakimi dəyişin
Baş məşqçidən sərt qaydalar: Telefon işlətməyəcəklər
"Milan"ın yay transfer büdcəsi bəlli oldu
“Sabah” - “Qarabağ”: Heyətlər
PSJ-yə keçə bilər
"Şəfa", "Cəbrayıl" və "Şahdağ Qusar"dan qələbə
Kapitan 11 il sonra komandasını tərk edir
Kamavinqa yenidən azarkeşlərdən üzr istədi
Superliqa klubunda rumıniyalı baş məşqçi
AFFA komandanı kənarlaşdırdı, məşqçiyə 6 aylıq cəza verdi
Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı
"Bruno "Mançester Siti"də olsaydı, "Qızıl top"u qazanardı"