Türkiyə Superliqasında çempionluq mübarizəsini davam etdirən "Fənərbaxça" lider "Qalatasaray"la keçiriləcək derbidən öncə gözlənilməz qərar qəbul edib.
QOL.az xəbər verir ki, jurnalist Yağız Sabuncuoğlunun yaydığı məlumata görə, "sarı-lacivərdlilər" cümə günü nəzərdə tutulan məşqini "Çobani" stadionunda keçirməyi planlaşdırır. İtaliyalı baş məşqçi Domeniko Tedeskonun taktiki hazırlıqları meydanda aparmaq istədiyi üçün belə bir addım atıldığı bildirilir.
Azarkeşlərin böyük marağına baxmayaraq "Fənərbaxça"nın stadiondakı məşqi həm mətbuat, həm də fanatlar üçün qapalı keçiriləcək. Hazırda turnir cədvəlində lider "Qalatasaray"dan 4 xal geri qalan İstanbul təmsilçisi bu görüşdə qələbə qazanaraq fərqi minimuma endirməyi hədəfləyir.
Qeyd edək ki, aprelin 26-da keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" derbisi Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
"Neftçi" hücumçu aldı
“Qarabağ” avrokuboklarla vidalaşdı
UEFA-dan futbol ruhuna həsr olunan yeni mükafat
“Qarabağ” növbəti transferlərini açıqladı
Acun Ilıcalının komandası yeni oyunçu ilə gücləndi
“Fənərbaxça” və “Qalatasaray” hansı rəqiblərlə qarşılaşacaq?
“Futbolçulara robot kimi yanaşılır”
“Qarabağ” - “Tvente” matçı gec başlayacaq
“Karvan-Yevlax”dan növbəti transfer
"İki dəfə dünya gözümün önündə dayandı"
"Qarabağ" "Tvente" ilə oyuna bu heyətlə çıxır
Azərbaycan millisinin qapıçısı Türkiyə klubunda
"Qarabağ"ın rəqibi futbolçusunu göndərə bilər
"Arsenal"dan ayrılacağı gözlənilir
Ukraynalı vinger rəsmən "Ayaks"da
"Beşiktaş" yeni hücumçu transfer etdi
Prezident İlham Əliyevdən "Sabah"la bağlı - Sərəncam