Daha bir idmançımız Olimpiya Oyunlarına lisenziya qazandı

Daha bir idmançımız Olimpiya Oyunlarına lisenziya qazandı
XƏBƏR 25 Oktyabr 2015 / 15:55 2326
-  A +

Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançısı Kamil Əliyev Qətərin Doha şəhərində keçirilən lisenziya xarakterli dünya çempionatında uzunluğa tullanmada 7.13 metr nəticə göstərərək çempion adına layiq görülüb.

Qol.Az-ın “Report"a istinadən yaydığı  xəbərə görə, K.Əliyev “Rio de Janeyro-2016” Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıb.

Dohada keçirilən lisenziya xarakterli dünya çempionatı davam edir.
 

Son xəbərlər