Türkiyə futbolunda növbəti ölüm

Türkiyə futbolunda növbəti ölüm
XƏBƏR 25 Oktyabr 2015 / 14:59 6750
-  A +

Türkiyə futbolunda ölüm hadisəsi baş verib.

Qol.Az-ın məlumatına görə, Türkiyə aşağı liqasında keçirilən "Kahramanmaraşspor” – "Bandırmaspor” matçının 70-ci dəqiqəsində  qonaqların baş məşqçisi Türhan Özyazanların səhhətində problem yaranıb.

Ona  klubun həkimi tərəfindən ilkin tibbi yardım göstərilib. Vəziyyəti ağır olan baş məşqçi Acıbadem xəstəxanasında əməliyyat olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Özyazanların ürəyindəki problemə görə dünyasını dəyişdiyi güman edilir.
Qeyd edək ki 59 yaşında vəfat edən mtəxəssis 1992-ci ildən bir sıra Türkiyə klublarında çalışıb.

Daha çox


Son xəbərlər