"Qarabağ" bizim kimi oynayırdı" – "Monako"nun futbolçusu

"Qarabağ" bizim kimi oynayırdı" – "Monako"nun futbolçusu
XƏBƏR 23 Oktyabr 2015 / 13:19 7353
-  A +

"Qarabağ" bizim ötən mövsüm Çempionlar Liqasında oynadığımız kimi mübarizə apardı. Onlar yaxşı müdafiə olunurdu və hücum üçün imkan gözləyirdilər".

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri "Monako"nun qapıçısı Daniyel Subaşiç Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

O bildirib ki, bu qalibiyyəti tezliklə unutmalıdırlar:

"Qarşılaşmaya pis başladıq.  İlk dəqiqələrdə oyunumuzda sürət çatışmırdı. Ancaq sonradan toparlandıq.  Sevinirəm ki, qol buraxmadan qalib gəldik. Buna görə özümü yaxşı hiss edirəm".

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner