İspaniya La Liqasının ilk turunda "Atletiko" ilə görüşdə zədələnən "Barselona"nın müdafiəçisi Dani Alveş sağalıb.
Qol.Az-ın "Football Espana"ya istinadən verdiyi məlumata görə, braziliyalı futbolçu komandanın son məşqinə qatılıb.
Kataloniya təmsilçisinin baş məşqçisi Luis Enrike şans verəcəyi təqdirdə 32 yaşlı futbolçu sabah "Levante" ilə oyunda iştirak edə biləcək.
Qeyd edək ki, sabah "Nou Kamp"da keçiriləcək "Barselona" - "Levante" oyunu Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
“Yuventus” cərimələndi
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər