"Çelsi"nin baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqasının 6-cı turunda bu gün qarşılaşacaqları "Arsenal"la oyunöncəsi maraqlı fikirlər səsləndirib.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis oyundan öncə həmkarı Arsen Vengerin əlini sıxacağını bildirib:
"Superkubok matçından sonra müəyyən səbəblərə görə Vengerin əlini sıxmadım. Ancaq bu dəfə belə etməyəcəm. Vengerlə oyundan öncə salamlaşacam. Digər insanlar kimi mən də öz hərəkətlərimə cavabdehəm. Bu mövzu ilə bağlı kimlərisə tənqid etmək istəmirəm. Biz sadəcə, meydana çıxaraq qələbə qazanmaq istəyirik".
Qeyd edək ki, "Çelsi" - "Arsenal" oyunu bu gün, Bakı vaxtı ilə saat 16:45-də başlayacaq.
Xatırladaq ki, Mourinyo "Arsenal"la superkubok matçından (0:1) sonra Vengerin əlini sıxmayıb.
“Yuventus” cərimələndi
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər