UEFA Avropa Liqasının qrup mərhələsinin I turunun PAOK-la (Yunanıstan) oyunu (0:0) Derlis Meza Kolli üçün əlamətdar olub.
Qol.Az-ın məlumatına görə, start heyətində meydana çıxan yarımmüdafiəçi “Qəbələ”nin heyətində ilk rəsmi matçını keçirib.
Derlis “qırmızı-qaralar”ın tarixinə 197-ci futbolçu kimi düşüb. Belə ki, 2005-ci ildə yaranan klubun şərəfini bu oyunadək 196 futbolçu qorumuşdu. Derlis debüt oyunu haqda fikirlərini gabalafc.az-a açıqlayıb:
“Güclü rəqiblə qarşılaşdıq. Çətin oyun oldu. Komandamız yaxşı futbol nümayiş etdirdi. Üstün oyun göstərib, qol imkanları yaratdıq. Lakin bu fürsətlərin heç birindən yararlana bilmədik. Bu matçda qələbə qazanmalı idik. Lakin 3 xal üçün bizə qol yetmədi. İmkanlardan istifadə edə bilmədiyimiz üçün 1 xalla kifayətləndik. Komandamız bu heyətlə qısa müddətdir çıxış edir. Bizə zaman lazımdır. Bu tempdə davam etməliyik. Belə olan halda daha yaxşı oynayacağıq. Bu qarşılaşma mənim “Qəbələ”də ilk matçım idi. Mənə etimad göstərib, şans verdiyi üçün baş məşqçiyə təşəkkür edirəm. Debüt oyunumdan razı qaldım”.
“Tottenhem”də ciddi itki
Obameyanq qəzaya düşdü
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər