"Çətin oyun oldu. Biz yaxşı komandaya qarşı oynadıq. Düzdür, istədiyimiz kimi oynaya bilmədik. Ancaq əsas odur ki, məğlub olmadıq".
Qol.Az-ın məlumatına görə, bu sözləri PAOK-un qapıçısı Robin Olsen Avropa Liqasının qrup mərhələsində səfərdə "Qəbələ" ilə 0:0 bərabərə qaldıqları oyundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.
İsveçli qolkiper "Qəbələ" ilə oyunda qazanılan bir xalın da yaxşı nəticə olduğunu bildirib: "Bir xal heç xal qazanmamaqdan daha yaxşıdır. Lakin qarşıdakı görüşlərdə daha yaxşı nəticələr qazanmaq istəyirik. Qol buraxmadığım üçün şadam. Özümü daha inamlı hiss edirəm. Lakin ən əsası komandanın uğurudur".
“Yuventus” cərimələndi
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər