Qaret Beylin durumuna aydınlıq gəldi

Qaret Beylin durumuna aydınlıq gəldi
XƏBƏR 17 Sentyabr 2015 / 18:06 5770
-  A +

Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Şaxtyor"la oyunda (4:0) zədələnən "Real"ın futbolçusu Qaret Beylin durumuna aydınlıq gəlib.

Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, tibbi müayinədən keçən uelsli futbolçunun ən azı 1 ay yaşıl meydanlardan kənarda qalacağı məlum olub.

"Şaxtyor"la oyunda əzələsini dartan 26 yaşlı matçın 31-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalıb.

Qeyd edək ki, Beyl bu mövsüm "Real"ın heyətində keçirdiyi 4 oyunda 2 qol vurub.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner