"Xəzər Lənkəran"ın futbolçusu "Kəpəz"də!

"Xəzər Lənkəran"ın futbolçusu "Kəpəz"də!
XƏBƏR 17 Sentyabr 2015 / 15:48 5844
-  A +

“Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirib.

Qol.Az-ın klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, komanda “Xəzər Lənkəran”dan Rəşad Eyyubovu heyətinə qatıb.

23 yaşlı hücumçu ilə bir illik müqavilə bağlanılıb. Eyyubov artıq iki gündür ki, “sarı-göylər”in düşərgəsindədir və komandanın məşqlərində iştirak edir.

Odessa futbol məktəbinin yetirməsi olan futbolçu ölkəmizə 2011-ci ildə gəlib. Onun Azərbaycanda ilk klubu “Simurq” olub. Rəşad müxtəlif yaş qrupları üzrə yığma komandaların da formasını geyinib. Gənc hücumçu ötən mövsüm göstərdiyi oyunla əsas millinin baş məşqçisi Robert Prosineçkinin də diqqətini cəlb edərək yığmaya dəvət alıb.

Son xəbərlər
19.07.25  18:25

"Real"da qalır