Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda səfərdə "Roma" ilə 1:1 bərabərə qalan "Barselona" ciddi itki ilə üzləşib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisinin futbolçusu Rafinya Alkantara zədələnərək sıradan çıxıb.
Diz bağlarında qopma aşkarlanan 22 yaşlı futbolçu əməliyyat olunacaq. Belədə braziliyalı futbolçunun ən yaxşı halda mövsümün sonlarında yaşıl meydanlara qayıda biləcəyi iddia olunur.
Qeyd edək ki, matçın 62-ci dəqiqəsində Rakitiçin əvəzinə meydana daxil olan Rafinya bir dəqiqə sonra ikili mübarizədə zədələnərək meydanı tərk etmək məcburiyyətində qalıb.
“Yuventus” cərimələndi
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər