"Fiziki hazırlığımda heç bir problem yoxdur. Özümü oyuna hazır hiss edirəm. Bacardığımı meydanda göstərəcəm".
Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bunu Yunanıstan PAOK-unun futbolçusu Aleksandros Tsiolis deyib.
Avropa Liqasının qrup mərhələsində "Qəbələ" ilə oyun haqda fikirlərini bölüşən futbolçu bildirib: "Təcrübə və digər baxımdan "Qəbələ" daha az fərqlənə bilər. Amma buna ümid etmək olmaz. Çünki təcrübəsi az olsa da, "Panatinaikos"la oyunda nəyə qadir olduğunu göstərdi. Bacardığımız qədər mübarizə aparacağıq".
"Qəbələ"nin taktiki hazırlığı barədə tam ətraflı məlumatlı olduğumuzu deyə bilmərəm. Amma onlara qarşı mübarizə aparmaq üçün lazım olan məlumatlara sahibik" - yarımmüdafiəçi söyləyib.
Qeyd edək ki, "Qəbələ" - PAOK qarşılaşması sabah saat 22:00-da start götürəcək.
“Yuventus” cərimələndi
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər