Azərbaycan Premyer Liqasının 5-ci turunda səfərdə “Neftçi” nin qonağı olacaq “Xəzər Lənkəran” hazırlığına start verib.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda Lənkərandakı bazasında dünəndən etibarən bir araya gələrək məşqlərini davam etdirir. Heyətdə zədəli futbolçu olmasa da Sadio Tounkaranın "Neftçi"yə qarşı matçda meydana çıxması sual altındadır. Artıq 4 aydır ki, əməliyyat olunan malili futbolçu komanda ilə birgə məşqlərə qoşulsa da, meydana çıxmağa tam hazır deyil.
Sentyabr ayının 18-nə qədər hazırlığı doğma şəhərdə davam etdirəcək “Xəzər Lənkəran” sonra matç üçün paytaxta yola düşəcək
Qeyd edək ki, "Neftçi" - "Xəzər Lənkəran" qarşılaşması sentyabrın 20-i saat 21.00-da başlayacaq.
“Yuventus” cərimələndi
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər