İtaliya yığması Bakıya dünya kuboku ilə gələcək

İtaliya yığması Bakıya dünya kuboku ilə gələcək
XƏBƏR 16 Sentyabr 2015 / 17:45 3950
-  A +

"Avro-2016"nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Bakıda millimizin qonağı olacaq İtaliya yığması paytaxtımıza kubokla gələcək.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, İtaliya yığması 2006-cı ildə Almaniyada qazandığı dünya kubokunu Azərbaycana gətirəcək.

Azarkeşlər oyun günü Olimpiya Stadionunda nümayiş etdiriləcək planetin əsas futbol kuboku ilə şəkil çəkdirmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, Azərbaycan - İtaliya oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək və ölkənin ən böyük idman arenasında baş tutacaq ilk rəsmi futbol oyunu kimi tarixə düşəcək.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner