Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsinin rəhbəri Mahir Məmmədov bu gün mətbuat konfransı keçirib.
Qol.Az-ın məlumatına görə, jurnalistlərin suallarını cavablandıran Mahir Məmmədov ilk olaraq dünya kubokunun təşkilatçılığından danışıb: "Mühüm qərarlar 2012-ci ildə İstanbulda keçirilən Ümumdünya Şahmat Olimpiadası günlərində FİDE konqresində qəbul edildi. 2016-cı ildə şahmat olimpiadası, 2015-ci ildə isə dünya kubokunun təşkili Bakıya həvalə edildi. Məlum olduğu kimi, şahmat olimpiadasına ev sahibliyi edəcək ölkə eyni zamanda dünya kubokunu da təşkil edir. Bundan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Təşkilat Komitəsinin yaradılmasıyla bağlı sərəncam imzaladı. Sərəncama əsasən Azərbaycan Respublikasının Baş nazirin birinci müavini Yaqub Eyyubov Təşkilat Komitəsinin sədri təyin olundu.
Dünya kubokunu təşkil etmək çətin olmadı. Çünki, artıq Azərbaycanda yüksək səviyyədə infrastruktur yaradılıb. Ölkəmiz təşkilatçılıq baxımından böyük təcrübəyə malikdir. Biz əvvəlcədən istəyirdik ki, bütün mötəbər yarışlar Bakının mərkəzində keçirilsin. Dünya kubokunun keçirildiyi məkan təsadüfi seçilməyib. Fairmont oteli "Flame Towers"də yerləşir. Bu möhtəşəm binalar paytaxtın yeni simasıdır. Gələn il baş tutacaq şahmat olimpiadası isə Crystall Hall-da keçiriləcək. Bu gözəl tikili Avroviziya və ilk Avropa Oyunlarından hamıya yaxşı tanışdır. Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsi hər iki yarışın yüksək səviyyədə keçirilməsi üçün çalışır. Bizim komitədə ilk Avropa Oyunlarında çalışan insanlar da işləyir, ümumilikdə ən yaxşı mütəxəssislər cəmləşib.
Şahmat olimpiadasıyla bağlı demək istərdim ki, 3000-ə yaxın qonağın Bakıya gələcəyi gözlənilir. İstanbulda Bakının olimpiadaya ev sahibliyi ilə bağlı namizədliyi irəli sürüləndə biz yarışın Dənizkənarı Parkda - bulvar yaxınlığında keçiriləciyini söyləmişdik. Hazırda həmin ərazidə müasir və geniş otellər fəaliyyət göstərir. Ona görə qonaqların məskunlaşmasıyla bağlı problem olmayacaq".
Mahir Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan və 2009-2014-cü illəri əhatə edən şahmatın inkişafı üzrə Dövlət Proqramının icrası barədə də məlumat verib: "Dövlət Proqramı ölkədə bu idman növünün inkişafına təkan verdi. Hazırda Azərbaycanda 70-ə yaxın şahmat məktəbi fəaliyyət göstərir, yeni istedadlar böyüyür. Bütün bunlar isə son Avropa çempionatının qalibi olan Azərbaycan yığmasının xeyrinə olan amillərdir".
Azərbaycan şahmatçılarının dünya kubokunda çıxışına gəlincə Mahir Məmmədov təmsilçilərimizin oyunu barədə bunları qeyd edib: "Azərbaycan ilk dəfə dünya kuboku kimi mötəbər yarışda altı şahmatçıyla təmsil olunur. Dünya kubokunda daha çox şahmatçımız iştirak edə bilərdi. Amma altı şahmatçımızın olması yüksək göstəricidir. Əvvəlcədən dörd şahmatçımzın ilk mərhələni keçəcəyini düşünürdük. Belə də oldu. Eltac Səfərlinin macar həmkarıyla görüşdə imkanlarından aşağı səviyyədə çıxış etdiyini düşünürəm. Ümumilikdə isə şahmatçılarımız layiqli mübarizə aparır".
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
"Liverpul"dan Virts qərarı
“Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
Almaniya millisinin oyunlarını buraxacaq
Hər uğursuzluqda qaçıb gizlənməyən klub rəhbəri…
"Arsenal"dan ayrılmaq istəyir
Salah şəkil çəkdirdi, ərazi turist mərkəzi oldu - Video
Azərbaycanın iki boksçusu mərhələ adladı - Avropa çempionatı
Əfsanənin vida forması - Video
İngiltərə millisinə getməkdən özü imtina edib?
“Mançester Yunayted”də itki
Atasının yolu ilə
Premyer Liqa klubundan maraqlı addım - Şəkil
Ukraynalı məşqçi Azərbaycana qayıdır - Bu klubla razılaşdı
Cəlal ehtiyatda qaldı, komandası qalib gəldi
“Dinamo”dan əzmkar qələbə - Video
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu