Simeone: "Favorit haqda danışmaq çətindir"

Simeone: "Favorit haqda danışmaq çətindir"
XƏBƏR 14 Sentyabr 2015 / 22:45 4857
-  A +

"Çox önəmli turnirdə mübarizə aparırıq. Bu səviyyədə turnirdə favorit haqda danışmaq çətindir. Ancaq sabahkı matçı düşünürük. Stadionda 55 min azarkeş dəstəyi olan komandaya qarşı oynayacağıq".

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının qrup  mərhələsində "Qalatasaray" səfər oyunu öncəsi deyib.

O, İstanbul klubunun müdafiədəki səhvlərindən istifadə edəcəyini bildirib: "Qalatasaray"ın hücum xətti güclüdür. Buna görə də biz də sərt futbol oynamağı düşünürük. Rəqibin zəif cəhətlərindən istifadə etməyə çalışacağıq".

D.Simeone "Qalatasaray" qarşı matç üçün start heyəti hələlik müəyyənləşdirməyini də bildirib.

Qeyd edək ki, "Qalatasaray" - "Atletiko"  oyunu sabah keçiriləcək.


Son xəbərlər
20.07.25  13:57

"Real" onu göndərir

20.07.25  11:39

"Roma"dan yeni transfer

19.07.25  18:25

"Real"da qalır