Tofiq Bəhramov adına Respublika Stadionunun direktor vəzifəsindən istefa verən Akif İsmayılov artıq təhvil-təslim işlərinə başlayıb.
Qol.Az-ın "Report"a istinadən verdiyi xəbərə görə, bu barədə stadionun əməkdaşı Ramiz Zeynalov məlumat verib.
O, direktorun öz ərizəsinə əsasən vəzifəsini tərk etdiyini bildirib: "Akif müəllim bizə dedi ki, Gənclər və İdman Nazirliyinə ərizə ilə müraciət edib və istefası qəbul olunub. Həmçinin, heç kimdən incik getmədiyini və hər zaman kömək etməyə hazır olduğunu bildirdi. Dedi ki, bir neçə günlük istirahətdən sonra yeni işə başlayacaq". Hələlik arenaya yeni direktor təyin olunmayıb. R.Zeynalov bu vəzifənin müvəqqəti icrasının stadionun mühəndisi İlqar Babayevə həvalə edildiyini söyləyib.
Avqustun 26-da "Qarabağ" və Şotlandiya "Seltik"i arasında keçirilmiş Avropa Liqasının "pley-off" mərhələsinin cavab oyunu zamanı ot örtüyünün vəziyyəti qənaətbəxş olmayıb. Buna görə də A.İsmayılov və ot örtüyünə cavabdeh olan FSM şirkəti ilə əməkdaşlığa son qoyulduğu bildirilir. R.Zeynalov FSM-lə müqavilənin uzadılmadığını təsdiqləsə də, direktorun istefa səbəbindən məlumatsız olduğunu dilə gətirib. O, hazırda ot örtüyünün stadion əməkdaşları və arenanın icarədarı "Qarabağ" klubunun birgə əməyi ilə qaydasına salındığını açıqlayıb: "Ot örtüyü hazırda yaxşı vəziyyətdədir. Bir neçə günə uzanan otları biçəcəyik və oktyabrın 1-də "Qarabağ"ın Belçika "Anderlext"i ilə keçirəcəyi Avropa Liqasının II tur matçına stadionumuz tam hazır olacaq".
Qeyd edək ki, Akif İsmayılov respublika stadionunun direktoru vəzifəsində 16 ilədək çalışıb. O, 1999-cu il sentyabrın 3-də Azərbaycan və Portuqaliya milliləri arasında keçirilmiş AVRO-2000-nin seçmə qrup matçının fasiləsində arenanın işıqlarının sönməsindən sonra iistefaya göndərilmiş Oğuzun hazırkı icra başçısı Eyvaz Babayevi əvəzləyib.
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
"Liverpul"dan Virts qərarı
“Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
Almaniya millisinin oyunlarını buraxacaq
Hər uğursuzluqda qaçıb gizlənməyən klub rəhbəri…
"Arsenal"dan ayrılmaq istəyir
Salah şəkil çəkdirdi, ərazi turist mərkəzi oldu - Video
Azərbaycanın iki boksçusu mərhələ adladı - Avropa çempionatı
Əfsanənin vida forması - Video
İngiltərə millisinə getməkdən özü imtina edib?
“Mançester Yunayted”də itki
Atasının yolu ilə
Premyer Liqa klubundan maraqlı addım - Şəkil
Ukraynalı məşqçi Azərbaycana qayıdır - Bu klubla razılaşdı
Cəlal ehtiyatda qaldı, komandası qalib gəldi
“Dinamo”dan əzmkar qələbə - Video
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu