Mançesterdən azərbaycanlı hakimə təşəkkür

Mançesterdən azərbaycanlı hakimə təşəkkür
XƏBƏR 14 Sentyabr 2015 / 16:28 9196
-  A +

Mançester şəhərinin futbolun inkişaf meneceri Devid Kut tərəfindən AFFA-ya məktub daxil olub. 

Qol.Az-ın AFFA-nın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, məktubda qeyd olunub ki, Rauf Cabbarovun 2014-cü ilin sentyabrından İngiltərənin Mançester şəhərində yarımpeşəkar futbolçular arasında təşkil edilən yarışlarda yüksək səviyyədə hakimlik edib.

Cabbarovun məşqlərə, yarışlara qatıldığını, hakimlik bacarığını inkişaf etdirmək istiqamətində səylə çalışdığını və Azərbaycanı İngiltərədə layiqincə təmsil etdiyini qeyd edən müəllif ona gələcək karyerasında uğurlar arzulayıb.

Son xəbərlər
20.07.25  13:57

"Real" onu göndərir

20.07.25  11:39

"Roma"dan yeni transfer