“Əsas məqsədimiz qalib gəlmək idi. Xal itkisi bizi sonuncu pillələrə yuvarlandıracaqdı. Qarşıda “Xəzər Lənkəran” və “Qarabağ”la oyunlarımız var. Uğursuz nəticənin fonunda gərginlik ola bilərdi".
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Əliyev Azərbaycan Premyer Liqasının 4-cü turunda "Rəvan"a qalib gəldikləri (3:1) matçdan sonra deyib.
"İlk hissədə qol vurmaq məqsədimizə çatdıq. Aylton qırmızı vərəqə aldıqdan sonra “Rəvan” ikinci hissədə bizə problem yaratdı. Emin Quliyevə uğurlar arzu edirəm. Düşünürəm ki, “Rəvan” çox komandanın başını ağrıdacaq" - deyə o bildirib.
S.Əliyev bundan sonra “Xəzər Lənkəran”la oyunu düşünəcəklərini bildirib:
"Həmin oyun derbidir, amma bizim üçün komandanın fərqi yoxdur. “Xəzər Lənkəran”ın gənc oyunçuları da yaxşı təsir bağışlayır".
S.Əliyev Vüqar Nadirovun “Neftçi”yə keçmək ehtimalına da dəyərləndirib:
"Həmin futbolçu gündəmimizdə deyil. Onun cinahında çox futbolçumuz var. İstəyirik ki, həmin oyunçuları Azərbaycan futboluna qazandıraq”.
“Tottenhem”də ciddi itki
Obameyanq qəzaya düşdü
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər