"Rəqibimiz Avropa Liqasının qrup mərhələsində oynayır. Ona görə də bu matçı favoriti onlar idi. Amma biz əlimizdən gələni edib qələbə qazandıq".
Qol.Az-ın məlumatına görə, bu sözləri "İnter"in futbolçusu Mirhüseyn Seyidov Azərbaycan Premyer Liqasının 4-cü turunda "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
Onun fikrincə, ola bilər ki, rəqib gücünü Avropa Liqasında PAOK-la oyuna saxlayıb:
"Qəbələ" çempionatdakı əsas rəqiblərimizdən biridir. İndiyə kimi Premyer Liqada 4 xal toplamışdıq. Ev oyununda qələbə qazanmaq istəyirdik. Sevinirik ki, matçın ilk hissəsində iki qol vuraraq qələbə qazandıq. Rəqib ikinci hissədə təzyiqi artırsa da, qapımızdan sadəcə bir top keçirə bildi".
M.Seyidov deyib ki, komandanın qarşısında duran əsas vəzifə ötən mövsüm olduğu kimi Avropa Liqasında mübarizə aparmaqdır:
"Bunun üçün çox çalışmalıyıq və belə güclü komandalardan xal almalıyıq. "Qarabağ" və "Qəbələ" ilə çempionluq uğrunda mübarizə aparacağıq".
“Tottenhem”də ciddi itki
Obameyanq qəzaya düşdü
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər