"Tottenhem"in hücumçusu Emanuel Adebayor cari mövsüm London təmsilçisinin heyətində oynaya bilməyəcək.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə klubun baş məşqçisi Maurisio Poçettino açıqlamasında deyib.
43 yaşlı mütəxəssis toqolu futbolçunun onun planlarına daxil olmadığını bildirib: "Adebayorla bağlı bütün məsələlərə aydınlıq gəlib. Onun haqda artıq nəsə demək istəmirəm. Hər kəsə məlumdur ki, Adebayor mənim və klubun planlarına daxil deyil".
Qeyd edək ki, "Tottenhem"lə 1 illik müqaviləsi olan Adebayorun adı Avropa Liqasının qrup mərhələsinin oyunları üçün UEFA-ya sifariş edilməyib. Bu isə o deməkdir ki, 31 yaşlı futbolçu qrup mərhələsində "Qarabağ", "Monako" və "Anderlext"ə qarşı oynaya bilməyəcək.
“Tottenhem”də ciddi itki
Obameyanq qəzaya düşdü
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər