Xorvatiya millisinin baş məşqçi vəzifəsinə namizədlərin sayı durmadan artır.
Qol.Az-ın Xorvatiya mətbuatına istinadən verdiyi məlumata görə, namizədlərin sırasında Rusiya yığmasının sabiq çalışdırıcısı Fabio Kapello da var.
İtaliyalı mütəxəssis sentyabrın 9-da istefaya göndərilmiş Niko Kovaçı əvəzləyə bilər. Onun Xorvatiya Futbol Federasiyasının təklifini qəbul edib-etməyəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, Xorvartiya yığmasının baş məşqçi vəzifəsinə namizədlər sırasında Kapello ilə yanaşı, Marselo Lippi, Roberto Donadoni, Lotar Matteus və Kristof Daum da var.
Xatırladaq ki, Azərbaycan millisinin çalışdırıcısı Robert Prosineçkinin də adı Xorvatiya millisinin baş məşqçi vəzifəsinə namizədlər sırasında hallansa da, o, yığmamızdan ayrılmağı düşünmədiyini açıqlayıb.
“Tottenhem”də ciddi itki
Obameyanq qəzaya düşdü
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər