Kiyev "Dinamo"su "Qəbələ"nin təklifini qəbul etməyib

Kiyev "Dinamo"su "Qəbələ"nin təklifini qəbul etməyib
XƏBƏR 11 Sentyabr 2015 / 19:11 11456
-  A +

"Qəbələ" klubunun Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə yoxlama oyunu baş tutmayıb.

Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bu barədə paytaxt təmsilçisinin baş məşqçisi Sergey Rebrov açıqlama verib.

41 yaşlı mütəxəssis bildirib ki, israrlı təklif "qırmızı-qaralar"dan gəlib. Amma həmin vaxt "Dinamo"nun futbolçuları milli komandaların düşərgəsində olduqlarından, görüş baş tutmayıb: "Biz bilmirdik ki, sərəncamımızda neçə oyunçu qalacaq. Çox ciddi rəqib önünə 6 futbolçu ilə çıxmaq məqsədəuyğun olmazdı".

S.Rebrov "Qəbələ" əvəzinə, yerli "Desna" ilə üz-üzə gəldiklərini söyləyib. Bu, "Dinamo"da düşünüldüyündən də çox oyunçunun qalmasından sonra gerçəkləşib.

Qeyd edək ki, "Qəbələ" sentyabrın əvvəllərində Ukraynanın Odessa şəhərində təlim-məşq toplanışında olub. Hazırlıq çərçivəsində "Çernomorets"lə qarşılaşan baş məşqçi Roman Qriqorçukun komandası 2:0 hesabı ilə qalib gəlib.

Son xəbərlər