İtaliyanın paytaxtı Roma şəhəri 2024-cü il Yay Olimpiya Oyunlarını keçirmək istəyilə Beynəlxalq Olimpiya Komitəsinə (İOC) müraciət edib.
Qol.Az-ın "Report"a istinadən verdiyi məlumata görə, bu gün şəhər meri İqnatsio Marino və İtaliya Milli Olimpiya Komitəsinin prezidenti Covanni Malaqo olimpiadaya təşkilatçılıq uğrunda mübarizəni nəzərdə tutan müqavilə imzalayıblar.
Daha öncə Hamburq (Almaniya), Paris (Fransa), Toronto (Kanada), Los-Anceles (ABŞ) və Budapeşt (Macarıstan) şəhərləri namizədliklərini rəsmən irəli sürüblər. Bu siyahıda Bakının da olacağı gözlənilir.
Qeyd edək ki, 2024-cü il Yay Olimpiya Oyunlarına ərizə qəbulu sentyabrın 15-də başa çatacaq. Beynəlxalq Olimpiya Komitəsi qalib şəhəri 2017-ci ildə açıqlayacaq.
“Tottenhem”də ciddi itki
Obameyanq qəzaya düşdü
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər