"Mançester Yunayted"in qapıçısı David de Xea komandası ilə müqavilənin müddətini uzadıb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ispaniyalı qolkiper Mançester təmsilçisi ilə 4+1 sistemi üzrə müqavilə imzalayıb.
İmzalanma mərasimindən sonra danışan de Xea deyib: "Mançester Yunayted"dəki karyeramda yeni səhifə açdığım üçün çox xoşbəxtəm. Hər zaman belə fantastik azarkeşlərin önündə böyük futbolçularla oynamaqdan zövq almışam. "Mançester Yunayted" özəl klubdur və "Old Trafford" stadionu daha da inkişaf etməyim üçün ən ideal məkandır. Çətin yay mövsümünü geridə qoymağı və komanda yoldaşlarıma uğur qazanmaqda kömək etməyi səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, 24 yaşlı qapıçının bu yay Madrid "Real"ına keçəcəyi gözlənilsə də, müəyyən səbəblərdən transfer baş tutmayıb.
“Tottenhem”də ciddi itki
Obameyanq qəzaya düşdü
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər