Rəşad Sadiqov: "Prosineçki komandaya qələbə ruhu verir"

Rəşad Sadiqov: "Prosineçki komandaya qələbə ruhu verir"
XƏBƏR 10 Sentyabr 2015 / 18:41 4409
-  A +

"Göründüyü kimi, Prosineçki Avropa Liqası matçlarında oyunumu görərək, mənə yenidən dəvət göndərdi. Təəssüratlarım çox yaxşı oldu".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Rəşad Sadiqov “Qəbələ İK” qəzetinə açıqlamasında deyib.

Yenidən milli komandaya dəvət alması haqda danışan R.Sadiqov "Avro-2016"nın seçmə mərhələsində Xorvatiya və Malta ilə görüşlərdə meydana çıxacağını gözlədiyini bildirib: 

"Yeni baş məşqçinin dönəmində milliyə qayıdışımda yaxşı nəticə qazandıq. Açığı, oynayacağımı gözləyirdim. Prosineçki matçdan öncə mənə dedi ki, hər dəqiqə səni meydana buraxa bilərəm. Ona görə də hər an oynamağa hazır idim. Prosineçki yaxşı mütəxəssisdir, futbolçulara inamı var. O, komandaya qələbə ruhu verir. Mənə elə gəlir ki, Prosineçkinin vaxtında millidə daha yaxşı nəticələr əldə etmək olar".

Qeyd edək ki, Sadiqov uzun fasilədən sonra milliyə qayıdıb. Prosineçki Sadiqovu fevralda Antalya toplanışına çağırsa da, 32 yaşlı futbolçu zədə səbəbindən hazırlıqda iştirak edə bilməyib.

Son xəbərlər