"Qəbələ"nin rəqibində daha bir itki

"Qəbələ"nin rəqibində daha bir itki
XƏBƏR 10 Sentyabr 2015 / 16:57 3174
-  A +

"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Borussiya" daha bir itki ilə üzləşib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Dortmund təmsilçisinin müdafiəçisi Erik Durm zədələnərək sıradan çıxıb.

Dizindən zədə alan futbolçu dünən əməliyyat olunub. Belədə 23 yaşlı futolçu 6 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, ötən mövsüm "Borussiya"nın heyətində 18 oyuna çıxan Durm rəqib qapısına bir qol vurub.

Xatırladaq ki, daha öncə "Borussiya"da Marko Roys, Pierre-Emerik Obameyanq və Lukas Pişekin zədəli olduğu bildirilib.

Daha çox


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner