"Yaxşı və çətin qrupa düşmüşük. "Borussiya" avrokubokların təcrübəli və döyüşkən komandasıdır. Qrupun nominal lideri onlardır".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Krasnodar"ın futbolçusu Vladimir Bıstrov klubun rəsmi saytına açıqlamasında deyib.
Avropa Liqasının qrup mərhələsindəki rəqibləri haqda danışan 31 yaşlı futbolçu hədəflərinin pley-off mərhələsinə yüksəlmək olduğunu bildirib:
"Məqsədimiz Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaqdır. Bunun üçün mübarizə aparacağıq. Ötən mövsüm qrup mərhələsində uğurlu çıxış edə bilmədik. Ancaq bu dəfə güclü olduğumuzu sübut etməyimiz üçün yaxşı şans var".
Qeyd edək ki, C qrupunda qərarlaşan "Krasnodar" "Qəbələ" (Azərbaycan), "Borussiya" (Dortmund, Almaniya) və PAOK-la (Yunanıstan) mübarizə aparacaq.
İkardi vətəninə qayıdır?
"Sevilya"dan getdi
Klub ÇL-yə vəsiqə qazansa da, baş məşqçini göndərdi
Kolumbiya millisinin DÇ-2026 üçün yekun heyəti
"Tottenhem" onu hədəfə aldı
Cəlal oynadı, komandası qalib gəldi
PSJ azarkeşlərinə çempionluq paradına icazə verilməyəcək
"Şamaxı" müdafiəçisi ilə yollarını ayırdı
Millinin təxirə salınan matçının yeri və vaxtı bilindi