"Hesab edirəm ki, dünya çempionatının ilk 2 günündə daha yaxşı çıxış etmək olardı. Bunun da obyektiv və subyektiv tərəfləri var. Lakin hər dəfə dünya çempionu vermək böyük bir uğurdur".
Qol.Az-ın "Report"a istinadən yaydığı məlumata görə, bunu Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev qurumun mətbuat xidmətinə müsahibəsində deyib.
N.Əliyev ABŞ-ın Las Veqas şəhərindəki dünya çempionatında Azərbaycan yunan-Roma güləşçilərinin 1 qızıl və 1 gümüş medal qazanmalarını uğurlu nəticə adlandırıb: "Artıq dünya çempionumuz və dünya ikincisi olan idmançımız var. Hələ yunan-Roma güləşində bir idmançımız da yarışa qatılacaq. Saman Təhmasibi kifayət qədər potensiala malik güləşçidir və özünü sübut edəcək".
Federasiya rəsmisi yunan-Roma güləşçisi Rəsul Çunayevin 71 kq çəkidə qızıl medal qazanmasından da danışıb: "Finala qədər rəqiblərinə xal verməmişdi, amma finalda rəqibi 4 xal aldı. Bununla belə, Rəsul karyerasında ilk dəfə dünya çempionu oldu. O, Bakıda keçirilmiş ilk Avropa Oyunlarının da qalibi olmuşdu. Bununla da sübut etdi ki, o, öz çəkisində birincidir. Rəsul kimi idmançılara bizim ehtiyacımız var. Çunayev Yay Olimpiya Oyunlarına düşən çəkilərin birində mütləq özünü göstərəcək və sözünü deyəcək".
N.Əliyev mundialda gümüş medal qazanmış Rövşən Bayramovun 1/4 finalda iranlı Hamid Mohammad Soryanla görüşdə ciddi zədə aldığını xatırladıb. O deyib ki, R.Bayramovu final görüşünə buraxmaq istəməyiblər. Amma təcrübəli pəhləvan özünü normal hiss etdiyini bildirib: "Nəticədə müayinədən keçdi və zədəsinə tikiş qoyuldu. Rövşən finaladək dünya və olimpiya çempionlarına qalib gəldi, çox güclü çıxış etdi. Əfsuslar olsun ki, zədəsi onun finalda var gücü ilə çıxış etməsinə imkan vermədi".
AGF rəsmisi bu gün mübarizəyə qoşulacaq qadın güləşçilərin də uğurla çıxış edəcəklərinə inandıqlarını söyləyib: "Bizim Mariya Stadniklə yanaşı, gənclərin yarışında özünü göstərməyi bacaran Elis Manolovamız da var. Elis həmişə özünü yaxşı tərəfdən göstərib. O, ilk dəfə böyüklərin mübarizəsində çıxış edəcək. Hesab edirəm ki, digər qadın güləşçilər də öz sözlərini deyəcək".
I vitse-prezident çempionatın təşkilatçılığında böyük problemlərin olduğunu və bunun da idmançılara təsir göstərdiyini açıqlayıb: "Bu tək bizim yox, bütün nümayəndə heyətinin iradıdır. Ancaq ümumiyyətlə normal qiymətləndirmək olar. Hələ yeni başlamışıq və hər şey qabaqdadır. Kifayət qədər idmançımızın potensialı var. Hesab edirəm ki, sərbəst güləşçilərimiz də bizi sevindirəcək. Hər kəsi təbrik edirəm. ABŞ kimi böyük dövlətdə
Azərbaycanın bayrağının yüksəlməsi və himninin səslənməsi böyük əhəmiyyət daşıyır".
Qeyd edək ki, dünya çempionatında Azərbaycan yunan-Roma güləşçilərindən Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) bürünc medal qazanıb. Eyni zamanda Bayramovdan əlavə, Elvin Mürsəliyev (75) və Saman Təhmasibi (130 kq) 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər