"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Borussiya"nın daha iki futbolçusu zədələnib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlar Pierre-Emerik Obameyanq və Lukas Pişekdir.
Qasıq nahiyyəsindən zədə alan Pişek Polşa, topuğundan zədələn Obameyanq isə Qabon yığmasından Dortmund klubunun düşərgəsinə erkən qayıdıb. Hər iki futbolçunun zədəsinin yüngül olduğu ehtimal edilir. Lakin bu barədə ətraflı məlumatı komandanın həkimi Markus Braun verəcək.
Qeyd edək ki, daha öncə "Borussiya"nın futbolçusu Marko Roys zədə səbəbindən Almaniya yığmasının heyətindən kənarlaşdırılıb.
İkardi vətəninə qayıdır?
"Sevilya"dan getdi
Klub ÇL-yə vəsiqə qazansa da, baş məşqçini göndərdi
Kolumbiya millisinin DÇ-2026 üçün yekun heyəti
"Tottenhem" onu hədəfə aldı
Cəlal oynadı, komandası qalib gəldi
PSJ azarkeşlərinə çempionluq paradına icazə verilməyəcək
"Şamaxı" müdafiəçisi ilə yollarını ayırdı
Millinin təxirə salınan matçının yeri və vaxtı bilindi