"Avro-2016"nın seçmə mərhələsinin oyunları ilə əlaqədar Azərbacan Premyer Liqasında yaranmış fasilədən yararlanmaq məqsədi ilə Zaqatalaya toplanışa yollanan "Rəvan” bu gün Bakıya dönür.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda dünən son yoxlama oyununa çıxıb.
Tiflisdə Gürcüstanın elita təmsilçisi "Saburtalo” ilə qarşılaşan paytaxt klubu rəqibini məğlub edib - 3:0. Komandanın heyətində Məmməd Quliyev, Tural Qürbətov və baxışda olan Kənan Manafov fərqləniblər.
Bu matçda yoxlanışda olan Alibobo Raxmatullayev də oynayıb. Özbəkistan millisinin üzvü barədə yaxın günlərdə yekun qərar veriləcək.
Qeyd edək ki, "Rəvan” ilk yoxlama oyununu Zaqatalada şəhərin eyni adlı təmsilçisinə qarşı keçirib və görüş qolsuz bərabərliklə yekunlaşıb.
İkardi vətəninə qayıdır?
"Sevilya"dan getdi
Klub ÇL-yə vəsiqə qazansa da, baş məşqçini göndərdi
Kolumbiya millisinin DÇ-2026 üçün yekun heyəti
"Tottenhem" onu hədəfə aldı
Cəlal oynadı, komandası qalib gəldi
PSJ azarkeşlərinə çempionluq paradına icazə verilməyəcək
"Şamaxı" müdafiəçisi ilə yollarını ayırdı
Millinin təxirə salınan matçının yeri və vaxtı bilindi