"Yoxlama görüşü Yevlaxdakı hazırlıq dönəmi üçün sıradan bir oyun idi. Məşq əvəzinə plana oyun daxil etdik. Matç günü də uşaqlar səhər saatlarında fiziki çalışmalar üzərində işləmişdilər”.
Qol.Az-ın məlumatına görə, bunu "Kəpəz”in baş məşqçisi Şahin Diniyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Təcrübəli mütəxəssis "Şəmkir”lə keçirilən oyun haqda daha sonra bunları əlavə edib: "Toplanışın yekunu olaraq yoxlama görüşü təşkil etdik. Əvəzedici heyətdən əsas komandaya çağırdığım futbolçuları yoxlamağı çox istəyirdim. Onları əsas heyətdə meydana buraxıb fasiləyə kimi oynatmaq arzusundaydım. Amma ilk 15 dəqiqədən sonra hiss etdim ki, gənclər hələ elitaya hazır deyillər. Bir az da əsəblərimə hakim ola bilməyib uşaqları əvəzlədim. Düzdü, əsas heyətdən onsuz da 6 oyunçu yox idi. Seçmə komandalara çağırılanlar və zədəlilərimiz var. Buna baxmayaraq, komandanın oyunun taleyini öz xeyrinə həll etdiyi üçün şad oldum. Qələbəyə görə yox, uşaqlar xarakter göstərdiyi üçün sevinirəm. "Şəmkir” də yaxşı komandadır, rəqibi bu cür oyuna görə təbrik edirəm”.
Şahin Diniyev Yevlax toplanışının çempionatda komandaya kömək edəcəyini düşünür: "Təlim-məşq toplanışı bizə hava və su kimi lazım idi. Çünki yeni komandayıq, çalışdıq ki, millinin oyunları ilə bağlı yaranan fasilədən istifadə edək. Hazırlıq prosesi üçün Yevlaxı seçməkdə də səhv etmədik. Orada bizə hər cür şərait yaradılmışdı. Toplanış çempionatın startında itirilmiş xalları qaytarmaq üçün faydalı olacaq. Yüksək səviyyədə keçdyimiz məşqlər fiziki cəhətdən axsayan futbolçularımıza da kömək edəcək. "Kəpəz”ə gec qoşulan legionerlər və iyulda zədəli olan Bəxtiyar Soltanov komanda ilə birgə fiziki hazırlıq keçməmişdi. Bu təlim-məşq toplanışı onlar üçün böyük irəliləyiş olacaq. Gələcək oyunlarda bu özünü göstərəcək”.
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
"Liverpul"dan Virts qərarı
“Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
Almaniya millisinin oyunlarını buraxacaq
Hər uğursuzluqda qaçıb gizlənməyən klub rəhbəri…
"Arsenal"dan ayrılmaq istəyir
Salah şəkil çəkdirdi, ərazi turist mərkəzi oldu - Video
Azərbaycanın iki boksçusu mərhələ adladı - Avropa çempionatı
Əfsanənin vida forması - Video
İngiltərə millisinə getməkdən özü imtina edib?
“Mançester Yunayted”də itki
Atasının yolu ilə
Premyer Liqa klubundan maraqlı addım - Şəkil
Ukraynalı məşqçi Azərbaycana qayıdır - Bu klubla razılaşdı
Cəlal ehtiyatda qaldı, komandası qalib gəldi
“Dinamo”dan əzmkar qələbə - Video
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı