“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev ilkə imza atıb.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “ağ-yaşıllar”ın heyətində oyun və kapitanlıq sayında rekordçu olan yarımmüdafiəçi bu dəfə Azərbaycan milli komandasında fərqlənib.
"Avro-2016"nın seçmə mərhələsinin dünən keçirilən Malta – Azərbaycan oyununda (2:2) meydana çıxan R.Əmirquliyev 2 qol vuraraq dubla imza atıb. Hər hissədə 1 dəfə rəqib qapısına yol tapan orta sahə oyunçusu ölkəmizin əsas yığmasında dubl edən ilk “Xəzər Lənkəran”lı olub.
Milli komandanın 23 illik tarixində bunadək qeydə alınan 8 dublun heç biri klubun üzvlərinin hesabında olmamışdı ki, ilki Əmirquliyev gerçəkləşdirib. Ümumilikdə isə yığmada 45 oyun keçirib 3 qol vuran Rahid bu qarşılaşmaların hamısında “Xəzər Lənkəran”ı təmsil edib. O, ilk qolunu 2013-cü il sentyabrın 7-də İsraillə "DÇ-2014"ün səfərdəki seçmə oyununda vurub.
“Tottenhem”də ciddi itki
Obameyanq qəzaya düşdü
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər