"Qəbələ"nin futbolçusu fərqləndi, Estoniya qalib gəldi

"Qəbələ"nin futbolçusu fərqləndi, Estoniya qalib gəldi
XƏBƏR 6 Sentyabr 2015 / 11:31 11967
-  A +

“Avro-2016”nın seçmə mərhələsinin növbəti turunda ötən gün Estoniya millisi Litva ilə qarşılaşıb.

Qol.Az-ın məlumatına görə,  "Qəbələ"nin futbolçusu Sergey Zenyov şərəfini qoruduğu Estoniya millisinin start heyətində meydana çıxıb.
 
Matçın 71-ci dəqiqəsində Zenyovun məhsuldar ötürməsi qolla nəticələnib. Vasilyevin qolu estonlara qələbə qazandırıb – 1:0.
 
Qeyd edək ki, Estoniya yığması 10 xalla qrupda 3-cü pillədədir.

Son xəbərlər